Kişi sözü

Siz yəqin bu filmə sevə sevə baxmısız və baxırsız Sizə bir olmuş həqiqəti danışım
37-ci illərin dəhşətləri Hövsanlı Qoçu Kərəm və Qoçu Hacı Əbülfəzdən də yan keçməyib…

 

Günlərin birində Qoçu Hacı Əbülfəz evdən kənarda həbs olunur Təbii ki .bu ona bərk təsir edir. Ailə üzvlərinin və qohum əqrabasının ağır vəziyyətini və onların onun həbsindən sonra necə yaşayacaqları ,sonrakı taleləri qoçunu çox düşündürür…
Axşam üstü olur.Qoçu məcbur olub həbsxananın böyüyünə xahişlə müraciət edir:

 

-Xahiş edirəm, məni bu gecəlik ailəmlə sağollaşıb görüşmək üçün buraxasan…
Həbsxana müdiri gülərək:

 

-Sən dəlisən..heç fikirləşirsən nə deyirsən?! Biz səni göydə axtarırdıq .yerdə güclə əlimizə keçmisən …İndi sən deyirsən .səni azad edib buraxım?! Olmaz!

 

Hacı bütün gücünü toplayıb məğrur səslə cavabında deyir:

 

-Mən səni kişi bilirəm…Sən öl, gələcəyəm!
Söz müdiri bərk tutur və deyir:

 

-Mən də səni kişi bilirəm və odur ki buraxıram.

 

Qoçu evə yollanır .gecəni evdəkilərlə keçirir…
səhər tezdən qoçu yenidən pal -paltarını yığıb getmək istəyəndə ətrafdakıların “niyə gedirsən.getmə”sualına:

 

-Mən kişiyəm və müdirə də “Sən öl” vurmuşam”və odur ki, dünya dağılsa da gedəcəyəm.

 

günorta həbsxana qapısına yaxınlaşanda həbsxana müdiri onu görüb təəccüblə soruşur:

 

-Ay zalım oğlu,niyə gəlmisən.mən səni azad etmişdim axı?!

 

Qocu Hacı Əbülfəz :Mən kişiyəm və sənə də kişi kimi “sən öl”vurmuşam və odur ki, gəldim…

 

Naəlac qalan müdir yenidən onu həbsxana otağına salır.

 

Bax ,belə ..Məncə “Kişi sözü “budur !! .İndiki zamanda o zamanın kişilərinə də ,kişi sözünə də böyük ehtiyac var…

 

Xüsusən də vəzifəli adamların xalqa verdiklərin vədlər zəminində…

 

Sözardı: Bu hadisəni başqalarının adına yozmaq istəyənlər də olub Bu gün isə süjet xəttini müəyyənləşdirib gözəl film də çəkmək olardı! Bu günkü və Gələcək nəsillərin, formalaşması baxımından bu çox ibrətamiz film olardı…

 

Unutmamışkən deyim ki, Hövsan Qəsəbə İcra Hakimiyyətini binası hal -hazırda da həmin qoçu Hacı Əbülfəzin yaşadığı ev ünvanında fəaliyyətini göstərir.