Tofiq Yaqublunun müdafiəciləri Müsavatda toplantı keçirəcək

Mayın 8-də saat 14:00-da Müsavat Partiyasının qərargahında demokratik ictimaiyyətin artıq 37 gündür həbsxanada aclıq aksiyası keçirən Tofiq Yaqublunun müdafiəsi ilə bağlı toplantı keçiriləcək.

Bu haqda Müsavat başqanı İsa Qəmbər məlumat yayıb. 

“Tofiq bəyin həyat və sağlamlığından narahat olan hər kəsi tədbirə dəvət edirik” -deyə, İsa Qəmbər özünün feysbuk səhifəsində paylaşım edib.