Səhiyyənin səviyyəsini yüksəltmək üçün nə etməli – Təkliflər
Ölkədə səhiyyənin vəziyyəti inkişaf göstəricisidir. Müdafiə və təhsil ilə bərabər, səhiyyə sektoru da daim dövlətin birbaşa qayğısı altında olmalıdır. Müsavat Partiyasının Səhiyyə Komissiyası səhiyyənin səviyyəsini yüksəltmək üçün bəzi təkliflərini təqdim edib:
1. Tibb işçilərinin maddi vəziyyətinin yüksəldilməsi. Bu gün dövlət xəstəxanalarında 6 min həkim çatışmır. Tək Almaniyada isə 2 mindən çox azərbaycanlı həkim çalışır.
2. Dövlət xəstəxanalarında maddi -texniki bazasının yüksəldilməsi. Texniki avadanlıqların çatışmaması üzündən vətəndaşlar özəl xəstəxanalara üz tuturlar.
3. Mərkəzdən uzaq bölgələrdə ən azından ilkin tibbi yardımın təmin edilməsi. İnfrastrukturun bərbad olması üzündən xəstələr mərkəzə vaxtında müraciət edə bilmirlər.
4. Təhsil müəssisələrində ildə bir dəfə kütləvi tibbi müayinələrin keçirilməsi… Eyni zamanda məktəblərdə qidalanmanın təşkil edilməsi.
5. Körpələrin sağlam doğulması və anaların sağlamlığı üçün hamilə qadınların daima həkim nəzarətində olmaları.
6. İcbari Tibbi Sığortanin bütün xəstəliklərə və müalicələrə tətbiq edilməsi…
7. Sığortalı xəstələrə bütün xəstəliklər üzrə dərmanların pulsuz verilməsi…
8. Səhiyyənin biznes yönümündən çıxarmaq və tam dövlət nəzarətində olması.
9. Səhiyyə, sığorta və sosial müdafiənin bir təşkilatda birləşdirilməsi…
10. TƏBİB-in bir təşkilat kimi ləvğ edilməsi…
11. Xəstəxanalarda idarə etməni yaxşılaşdırmaq üçün rəhbərliyin kollektiv tərəfindən seçilməsi.
12. Tibbi təhsilin yüksəldilməsi.
13. Tibbin inkişafı üçün elmi-tədqiqat laboratoriyalarin yaradılması.
14. Əczaçılıgin inkişafı. Yeni pereparatların hazırlanması və istehsalı.
15. Dərman preparatlarının keyfiyyətinə nəzarət etmək üçün laboratoriya işini gücləndirmək.
16. Xəstələrin hüququnun qorunması və tibb işçilərinin məsuliyyətinin artırılması…
17. Əlaqədar nazirliklər, komitələr və agentliklərlə səhiyyə nazirliyinin əlaqələrini genişləndirmək…
18. Yeni texnalogiyanın , xüsusilə süni intellektin səhiyyədə geniş istifadə olunması…
19. Səhiyyənin inkişafına əlaqədar olaraq uyğun qanunların tətbiqi…
20. Bütün növ tibbi xidməti vətəndaş üçün əlçatan etmək…
Müsavat Partiyası Səhiyyə Komissiyası