Son zəng və yaratdığı problemlər
Təhsil sistemində ajiotaja səbəb olan problemə və problemin həlli yoluna baxın. Məktəbdə keçiriləcək son zəng üçün pul yığılır (guya heç vaxt olmayıb), bu prosesə nəzarət edən direktorun səs yazısı yayılıb. Səs yazısının icrası və yayılmasında kimlər rol oynayıb? Bu əməldə məqsəd nə idi və bu əməldən yaranan məsuliyyət nədən ibarətdir?
Vəzifəli şəxsin səsini onun icazəsi olmadan yazmaq və yaymaq əksər hallarda qanunsuzdur.
Ciddi hal hesab edilərsə, cinayət məsuliyyəti yarana bilər.
Əgər məsələ ictimai maraq kəsb edirsə və informasiya mühüm əhəmiyyət daşıyırsa, bəzi hallarda qanuni müdafiə mümkündür — lakin bu, məhkəmənin qərarından asılıdır.
Seçim hüququ zərərçəkmişə aid olduğundan bu fikrin ardınca düşməyək. O artıq “cəzasını” alıb. Indiki və keçmiş nazirlərin zamanında Son zəngi (məktəbdən kənarda) dəbdəbəli şəkildə keçirən, çəkilən xərci öz hesabına ödəyən bir direktor olubsa, səsini çıxarsın. Tədbirin xərcini valideynlər çəkibsə, buna görə cəza alan director da səsini çıxarsın. “Direktor hazırlayan kurs” rəhbəri və ekspertlərinin bu barədə informasiyası varsa, onlar da səs edə bilərlər.
İşdən çıxarılan direktoru şəxsən tanımıram və təyində namaz qılınmalı olduğunu da iddia etmirəm. Bir onu qeyd edə bilərəm ki, əvvəlki qiymətlərlə direktor təyin edilənlər arxasında dayananların hesabına illərlə toxunmaz olardılar. Bu yazıq yuxu görə biləcəyi qədər də işləyə bilmədi.
İki suala cavab axtaraq:
1. Ajiotajda iştirak edənlər nə əldə etdilər?
2. Onu vəzifədən azad edənlər problemi həll edə bildilərmi?
Cavab 1. Problemin həlli istiqamətində konkret yol göstərə bilməsələr də, xeyli reytinq yığmağa cəhd edirlər. Qaraladıqları şəxslərin üzərinə hücuma keçirlər. Hakimiyyətdaxili qrup maraqlarını gerçəkləşdirmək üçün fürsətdən istifadə edirlər. Fürsətdən istifadə edib gördükləri işi reklam edənlər də var. İşarə etsəm, reklamın reklamı olar.
Cavab 2. Direktorun işdən çıxarılması reklamı həll etmədi. Ən yaxşı halda yanan ocağı söndürməyə cəhd oldu.
Problemin köklü həlli nələrisə qadağan etməkdən keçmir. Yuxarıda da qeyd etdik ki, ölkənin bütün məktəblərində illər boyu təntənəli mərasimlər qeyd edilir. Bu işdə əsas rolu da valideynlər oynayırlar. “Kreativ” valideynlər az qala təhsil pillələri dəyişdikcə bu mərasimləri yaşa uyğun səviyyədə qeyd etməyə şalışırlar. Sonda isə “ömründə ilk son zəngdir” adı ilə daha təmtəraqlı tədbir yarışına girirlər. Yanvar ayından start götürən bu tədbirlərdə valideynlər daha ciddi iş alındırmaqdan ötrü direktorları da işə cəlb edirlər. Ola bilsin ki, bəzi direktorlara tamah güc gələ bilir. Fakt tələb oluna bilər deyə bu barədə ad çəkə bilmirəm. Amma proses belə gedir.
Amma təkcə bu hadisə deyil, məktəblərdə baş verən bir çox səs-küylü hadisələrin kökündə valideyn-məktəb münasibətlərinin düzgün qurulmaması dayanır. Məktəbin idarə edilməsində valideynlərin iştirakının leqallaşdırılması, onun qanunverici bazasının hazırlanması, pilot layihələrin həyata keçirilməsi ağır bir prosesdir, amma bu baş verməlidir.
Hidayət Allahverdi,
Müsavat Partiyası Təhsil Komissiyasının sədri