Arif Hacılı ittihamlara cavab verdi

Əziz dostlar.

Bəzi saytlarda “Vyanada Azərbaycan və Ermənistan müxalifəti görüşdü” başlıqlı dəqiqləşdirilməmiş bir məlumata əsaslanan biriləri üzərimə növbəti böhtan kampaniyasına başlayıb.

Bir neçə ildir ki, Avstriyanın beynəlxalq Şərqi Avropa Araşdırmaları üzrə Beynəlxalq
İnstitutu tərəfindən Vyana şəhərində təşkil olunan debatlara dəvət alıram.

İştirak etdiyim debatlar əsasən Cənubi Qafqaz regionunda konfliktlər və vəziyyətdən çıxış yolları barədədir.

Müxtəlif dövrlərdə bu debatlarda Avstriyada fəaliyyət göstərən ictimai təşkilatların, beynəlxaıq qurumların nümayəndələri ilə yanaşı Avropa İttifaqının, AŞPA nın, ATƏT in və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir.

Bu tədbirlərə müzakirə olunan mövzulara uyğun olaraq müxtəlif siyasi ekspertər, erməni siyasətçiləri və Azərbaycandan da adətən Milli Məclis üzvü olan daha bir nəfər dəvət olunur.

Yəni mən bir neçə ildir ki, bu prosesdə iştirak edirəm və bu müddət ərzində həmin debatlara adətən Azərbaycan Milli Məclis üzvü olan müxtəlif şəxslər dəvət olunub.

Bu, bəzilərinin qeyd etdiyi kimi müxalifətlərin görüşü deyil. Məsələn, bu prosesdə daimi iştirak edən erməni nümayəndələrindən biri, Marukyan Paşinyanın xüsusi danışıqlar üzrə nümayəndəsi idi.
İndi də Paşinyandan sonra Ermənistanın Baş Naziri vəzifəsinə namizədlərdən biridir.

Bir dəfə bu ölkəni AŞPA da Ermənistan nümayəndəliyinin rəhbəri olan deputat təmsil etmişdi və. s

Mən Avropa İttifaqının, ALDE nin,
Avstriya Xarici İşlər Nazirliyinin, Fridrix Nauman fondunun ABŞ ın İDEE təşkilatının və digər qurumların Brüsseldə, Stokholmda, Kiyevdə, Dublində, Lissabonda, Tbilisidə, Varşavada, Vyanada və digər şəhərlərdə təşkil etdiyi belə debatlarda dəfələrlə iştirak etmişəm.

Və əmin olun ki, Azərbaycanı ölkənin diplomatiya mərkəzləri rəhbərlərindən daha uğurla təmsil etmişəm.

Əgər mənim daimi iştirak etdiyim tədbirlərə təşkilatçı tərəf öz mülahizələri əsasında və ya mənə məlum olmayan prosedurlarla bəzən başqa kimlərisə dəvət edirsə bu artıq mənim sorumum deyil.

Özünü siyasət bilicisi hesab edənlərin bunu bilməsi lazım idi.

Və sonda.

Vyanada 20 dək ölkədən olan gələcək diplomatar qarşısında mühazirələrim olacaq.
Aşağıdakı siyahıda bu dərslərin mövzusuna, mühazirəçi kimi müxtəlif ölkələrdən dəvət almış tanınmış şəxslərin siyahısına baxın.

Mövzuların nə, mühazirəçilərin kim olduğunu dəqiqləşdirin.
Sonra elə özünüz üçün bu suala cavab verin.

Bu siyahıda Azərbaycan təmsilçisinin də olması və mənim bu prosesdə iştirakım vacib idimi?

Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.