Qurban Qurbanov: “Çexiyaya hazırlıqlı gedirik”
“Hər şey yolunda və qaydasındadır. Bizə təkcə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Viktoriya” (Plzen) komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Çexiyaya yollanmamışdan əvvəl Bakı Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:
“Hazırlığımız pis alınmayıb. “Turan Tovuz”la Premyer Liqanın III turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub”.