Silahlar danışırsa, siz susun
Səxavət Soltanlı
.
Əsas və doğru olan təbliğat odur ki, Azərbaycan ordusu heç bir mübahisə doğurmayan, bütün dünyanın, hətta Ermənistanın da mübahisəsiz qəbul etdiyi doğma torpaqlarını işğaldan azad etmək üçün vuruşur.
.
Ordumuzun Füzuli şəhərindən 20 km məsafədə ilk atəş açmasından 45 dəqiqə sonra “Füzuli şəhəri işğaldan azad olundu, Şuşaya çatırıq…” tipli məlumatlar yayan insanları da, onları ekspert kimi danışdıran mətbuatı da iqnor etmək lazımdır. Ən azı müharibə dövründə.
Müharibə başlayıbsa, artıq ordu döyüşürsə, silahlar danışırsa, döyüş bölgəsinin xəritəsini, coğrafiyasını, relyefini bilməyənlərin, hərbi xidmətdə belə olmayanların müharibə haqqında susması daha məqsədəuyğundur.
.
Bu tip informasiyaların və şəxslərin belə məqamda nə qədər zərərli olduğunu bilmək üçün müharibədən bəhs edən filmlərə baxmaq kifayət deyil. Müharibə dəhşətli və ciddi məsələdir. Hərb sənəti də bir o qədər ciddi sənətdir. Özlərini daha informasiyalı göstərmək, mənasız İP və “like” toplamaq eşqi ilə əsassız yalan məlumatlar ilk anda əhvalı qaldırsa, orduya inamı artırsa da, sonrakı günlərdə ciddi ruh düşgünlüyünə, inamsızlığa gətirib çıxara, məslənin ciddiliyinə xələl gətirə bilir.
.
27 il işğal olunmuş torpaqlarımızda yerlərini və mövqelərini möhkəmləndirən düşmən qüvvələrindən 1-2 gün ərzində 6-7 yaşayış məntəqəsini, 2-3 strateji postu ələ keçirmək ciddi hadisədir. Yəni, olanları doğru-düzgün, şişirtmədən demək kifayətdir. Allah haqlı olan, doğma torpaqlarımız uğrunda döyüşən əsgərlərimizi qorusun, ordumuzu müzəffər etsin.
Basta