Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

Bu gün Ali Məhkəmədə siyasi məhbus Tofiq Yaqublunun işi üzrə kasasiya şikayətinə baxılmalı idi. Lakin məhkəmə təxirə salınıb. 

Bu haqda Tofiq Yaqublunun qızı Nigar Həzi özünün feysbuk səhifəsində məlumat yayıb:”Hakim İlqar Qılıcov Tofiq Yaqubluya çıxış üçün vaxt ayırdığını bildirdi və məhkəməni növbəti 3 həftə ərzində təyin edəcəyini bildirdi”.

Nigar Həzi məhkəmədə Tofiq Yaqublu ilə hakim arasında olan qısa söhbəti də paylaşıb.

T.Yaqublu: “Əgər elə növbəti həftə də gəlib aşağı instansiyadakı hakimlərin dediyini deyəcəksinizsə, elə indidən deyin. O hakimlərə bu qədər sübut təqdim edəndən sonra ləyaqətsiz və tərbiyəsiz olduqlarını boyunlarına aldılar”.

Hakim İlqar Qılıcov: “Tofiq bəy, görürəm siz geniş çıxış etmək istəyirsiniz. Bilirsiniz ki, Ali Məhkəmədə ancaq prosessual pozuntulara baxılır. Ancaq vəkillər də təsdiqləyər ki, Ali Məhkəmədə heç kimə çıxış üçün vaxt verilmir. Ancaq mən sizə bu imkanı yaradıram. Bu gün həm də məhkəmələr çoxdur. Gəlin, biz sizə növbəti 3 həftə içində bir cümə günü təyin edək və o günü rahat çıxış edin”.

T.Yaqublu: “İlqar bəy mən sizdən 1 faiz yox, 0,1 faiz ədalət və 0,1 faiz ləyaqət və kişilik istəyirəm. O, mənə kifayətdir ki, mənim sucsuz olduğumu etiraf edəsiniz”.

Basta