Yekaterinburq cinayəti Rusiyada şovinizmin dəhşətli təzahürüdür – Müsavatın bəyanatı
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində bir qrup 0MON-çu soydaşlarımızı kütləvi şəkildə həbs edib, onları ağır işgəncəyə məruz qoyub.
Nəticədə iki (bəzi məlumatlara görə daha çox) soydaşımız vəhşicəsinə qətlə yetirilib, 50-dək soydaşımız şübhəli ittihamlarla həbs olunublar.
Hesab edirik ki, İttiham tərəfinin tələbi ilə məhkəmənin qapalı keçirilməsi, medianın zaldan çıxarılması işgəncə izlərinin gizli qalması və ittihamların əsassızlığının üzə çıxmaması məqsədi daşıyır.
Müsavat Partiyası bu hadisəni Rusiyada şovinizmin daha bir dəhşətli təzahürü, Rusiya xüsusi xidmət orqanlarının Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirir, Azərbaycan hakimiyyətini bu məsələdə daha prinsipial mövqe tutmağa çağırır.
Soydaşlarımızı öldürən və ağır xəsarətlərə məruz qoyan cinayətkarların cəzalanması tələb edilməli, bu böyük faciənin bütün dünyada qınanmasına nail olunmalıdır.