Yekaterinburqda baş verən dəhşətli cinayətə Arif Hacılıdan sərt reaksiya
Yekaterinburqda 5 soydaşımızın işkəncə altında ödürülməsi yalnız Azərbaycanı deyil, bütün dünyanı silkələyəcək dəhşətli hadisədir.
Yalnız səfiri dəvət etmək, quru etiraz bildirmək kimi formal reaksiyalar belə hadisələrin təkrarlanmamasını təmin etməyəcək.
Rusiya səmasında təyyarəmizin vurulmasına ilkin sərt reaksiyalardan sonra bu məsələnin sanki unudulması, bu cinayəti törədənlərin cəzalanması üçün dövlətin əlində olan rıçaqlardan yetərincə istifadə edilməməsi kimi davranışlar qarşı tərəfi bir qədər də arxayınlaşdırır.
Qəddar və amansız, qanuna, hüquqa məhəl qoymayan, elementar insani davranışlara, tabulara əhəmiyyət verməyən bir dövlətlə qonşu olduğumuzu heç vaxt unutmamalıyıq.
Afroamerikalı Floydun öldürülməsindən sonra əvvəl ABŞ-ı, sonra bütün dünyanı bürüyən etiraz aksiyaları, “Black life matter” kampaniyası bəlkə də baş verə biləcək çoxsaylı oxşar hadisələrin qarşısını aldı.
Biz də bu hadisəyə sıradan bir cinayət hadisəsi kimi yanaşılmamalıyıq.
Cinayətkarların cəzalanması, bu böyük faciənin bütün dünyada qınanmsına nail olmaq üçün dövlətin və cəmiyyətin gücündən maksimum istifadə edilməlidir.
Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.