Ermənistan öz zəifliyini unudaraq “İsgəndər”lə hədələyir
Ermənistanın Rusiyadakı səfiri Azərbaycan qoşunları Qarabağ ərazisinə daxil olacağı təqdirdə “İsgəndər” raketlərinin tətbiqilə hədələyib.
Bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Ermənistanın “böyük məsafəli və dağıdıcı gücə malik zərbəçi sistemlərin tətbiqinə keçməkdən” başqa seçimi qalmır. Lakin söhbətin nədən getdiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Ermənistanın silahlanmasında “İsgəndər-E” operativ-taktiki raket kompleksləri var. Onların atəş məsafəsi 280 kilometrdir.
Lakin onlarla Ermənistan ərazisindən Azərbaycanın atəşə tutulması “Metsamor” atom stansiyası və paytaxt Yerevanı təhlükə altına alacaq ki, Bakı Ermənistanı bu barədə dəfələrlə xəbərdar edib.
Azərbaycanın sərəncamında olan raket sistemləri bu və digər vəzifəni yerinə yetirməyə imkan verir. Azərbaycan sərhəddindən Yerevana qədər 60 km.-dən çox deyil.