Ayrılıq

Əhməd Oğuz

 

Suyumuz başdan bulandı,
Kor olsun ayrılıqları.
Göz yaşıyla durularsa,
Durulsun ayrılıqları.

 

Nә çәkdim bu yaşa kimi,
İndi sevmәk peşә kimi.
Sal әlindәn şüşә kimi,
Qırılsın ayrılıqları.

 

Mәni yerimdәn oynatdı,
Oydu, içimi göynәtdi.
Yenidәn sevmәk öyrәtdi –
Var olsun ayrılıqları…

 

Mənbə: Kulis.az

 

Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanda, Dağ Borçalı mahalında doğulub. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Şair, publisist, kino xadimi kimi tanınıb.

 

“Azərbaycan” qəzetinin (Sabir Rüstəmxanlının baş redaktor olduğu nəşrin) müxbiri, “Xəzər” jurnalının şöbə müdiri, “Oğuz eli” qəzetinin məsul katibi, Respublika Radiosunun şöbə müdiri olub.

 

Əhməd Oğuz 2021-ci il avqustun 31-də vəfat edib.