58 yeni yoluxma faktı, 102 nəfər sağalıb, 2 nəfər vəfat edib
Sutka ərzində Azərbaycanda 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunub, 2 nəfər vəfat edib. Bu barədə sentyabrın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Pandemiya müddətində yoluxanların ümumi sayı 40119 nəfər olub, 37 827 nəfər müalicə olunub, 590 nəfər vəfat edib.
Hazırda aktiv xəstələrin sayı 1702 nəfərdir.