Müsavat Divanının gündəliyi
Sentyabrın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib. Şəkidə müsavatçılar Şəhidlər Xiyabanını ziyarət ediblər. Bir sıra rayon təşkilatlarında Şura iclasları keçirilib.
Daha sonra Müsavat Məclisinin sentyabrın 27-nə təyin olunan sessiyasına hazırlıqla bağlı təkliflər irəli sürülüb.
Divan üzvü Mirbaba Babayev Toplum TV işi üzrə məhkəmə prosesi haqda məlumat verib. Bildirilib ki, məhkəmə prosesində Ruslan İzzətli, Əli Zeynalov və Ələsgər Məmmədli onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildiriblər.
Sentyabrın 25-də saat 14:30-da Şirvan Apelyasiya Məhkəməsində əsassız olaraq həbs edilmiş Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiyanın Biləsuvar rayon təşkilatının fəalı Cabir Vəliyevin apelyasiya şikayətinə baxılacaq.
Divan ölkədəki bütün siyasi məhbusların azad olunmasını bir daha tələb edib.
SOCAR-ın vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadənin həbsi və ona qarşı irəli sürülən ittihamlar ölkədə korrupsiyanın miqyasını göstərən hadisə kimi qiymətləndirilib.
Azərbaycanda xüsusi karantin rejimi müddətinin növbəti dəfə uzadılması və ölkənin quru sərhədlərinin bağlı saxlanması əhalinin mənafeyinə zərər vuran əsassız qərar kimi pislənilib.
Regionda və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.