Tofiq Yaqublunun səhhətində problemlər var, müalicə etmirlər
Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqubluya qarşı təzyiqlər davam edir. Bu haqda onun qızı Nigar Həzi məlumat yayıb.
“Bildiyiniz kimi Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasının 26-cı günündən bəri Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılır. 65 yaşlı Tofiq Yaqublu üçün 40 günlük aclıq aksiyası sözsüz ki, təsirsiz ötüşməyib. Onun səhhətində ciddi problemləri var. Tofiq Yaqublunun israrlı tələblərinə baxmayaraq onun müayinə və müalicəsi yerinə yetiriımir. T.Yaqublunun şərlənib həbs edilməsi azmış kimi indi də onun həyatını riskə atırlar. İlham Əliyev Tofiq Yaqublunun aclıq aksiyasında ölmədiyinin qisasını indi də belə alır” – deyə, Nigar Həzi bildirib.
“Tofiq Yaqublunun həbsinə görə məsuliyyəti İlham Əliyev daşıyırsa, səhhətinə görə məsuliyyəti də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi daşıyır” – Nigar Həzi vurğulayıb.