Sülh planının mətni açıqlandı – Tramp Ukraynaya təzyiq edir

Ukraynanın öz ərazilərindən birdəfəlik imtina etməsi tələb olunur

Axios xəbər portalı, aldığı sənəd layihəsinə və Ukrayna və Amerika rəsmilərindən təsdiqə istinadən, Tramp administrasiyasının 28 maddəlik sülh planının təfərrüatları barədə məlumat verib. Plana əsasən, Ukrayna bəzi ərazilərindən imtina etməli, ordusunu məhdudlaşdırmalı və NATO-ya qoşulmaqdan imtinasını Konstitusiyaya daxil etməlidir.

Dərc olunmuş məlumatlara görə, Amerika tərəfi Ukraynaya “aqressiv müddət” ərzində razılaşma bağlamaq üçün təzyiq göstərir.

Plan Trampın xüsusi elçisi Stiv Vitkov tərəfindən Dövlət Katibi Marko Rubio və Trampın kürəkəni Cared Kuşnerin iştirakı ilə hazırlanıb. Hazırlıq prosesi zamanı Vitkov Rusiya nümayəndəsi Kirill Dmitriyevlə məsləhətləşib.

Dmitriyev Axios-a bildirib ki, əvvəlki cəhdlərdən fərqli olaraq, “biz Rusiyanın mövqeyinin həqiqətən dinlənildiyini hiss edirik”.

Müzakirələr Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla davam edib.

Plan birbaşa Prezident Volodimir Zelenskiyə yazılı şəkildə ABŞ ordusunun katibi Den Driskol tərəfindən təqdim edilib. Zelenski sənədi “qırmızı xətləri” müəyyən edən yekun razılaşma deyil, ABŞ-ın vizyonu kimi təsvir edib.

Sənəd Ukraynanın geosiyasi statusunda və ərazi bütövlüyündə əhəmiyyətli dəyişiklikləri nəzərdə tutur. Krım, eləcə də Donetsk və Luqansk bölgələri, xüsusən də ABŞ tərəfindən faktiki olaraq Rusiya əraziləri kimi tanınır.

Xerson və Zaporojye bölgələrində vəziyyətin təmas xətti boyunca dondurulması, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin nəzarət etdikləri hissələrindən geri çəkilməsi və orada neytral, silahsızlaşdırılmış bufer zonası yaradılması təklif edilir.

Oxu.az 28 bəndlik planı Azərbaycan dilinə tərcümə edib: