Müsavat Divanının gündəliyi

 

Fevralın 16-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib. Bildirilib ki partiyanın Ağdaş rayon təşkilatının ümumi yığıncağı keçirilib, qurumun rəhbər orqanlarına seçkilər keçirilib.

Divan üzvü Mirbaba Babayev siyasi motivlərlə həbs edilmiş Azər Qasımlının işi üzrə keçirilən məhkəmə prosesi haqda məlumat verib. Ona məhkəmədə prokuror tərəfindən 13 il həbs cəzası istənilməsi pislənilib.

Azərbaycanda dövlət çevrilişi cəhdi barədə DTX-nın açıqladığı məlumat müzakirə edilib. Bildirilib ki, Ramiz Mehdiyevin səs yazıları və onun evindən tapılan milyonlarla vəsait irəli sürülən ittihamların ciddi olduğunu göstərir. Eyni zamanda qeyd olunub ki, yayılan audio və video materiallarda bəzi AXCP təmsilçilərinin səs yazıları suallar yaratsa da, bu məlumatlar həmin partiyanın Ramiz Mehdiyevlə birgə Rusiyanın çətiri altında dövlət çevrilişinə cəhd göstərdiyi barədə ittiham irəli sürmək üçün əsas vermir. Müsavat Partiyası hadisələrin gedişatını diqqətlə izləyir, işin obyektiv və şəffaf şəkildə araşdırılmasını zəruri hesab edir.

İclasda dünyada gedən proseslər, o cümlədən Münhen Təhlükəsizlik Konfransının ilkin nəticələri, ABŞ-İran qarşıdurmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə edilib.