Həbsdəki xanım jurnalistlərin zorakılıqla üzləşdiyi bildirilir
Dünən saat 11:00-da Meydan TV əməkdaşları Xəyalə Ağayeva, Aytac Tapdıq və Aysel Umudovanın otağına rəis müavini Ceyhunla birlikdə 10-a yaxın işçi basqın edib.
Bu haqda Meydan TV-dən Orxan Məmməd məlumat yayıb.
“Jurnalistlərin boyun nayihələrindən tutub, zorla dəhlizə çıxarıblar, sonra təhqirlər ediblər. Xəyalə Ağayevanın boyun nayihəsində xəsarət var” – Meydan TB təmsilçisi bildirib.
O, qeyd edib ki, jurnalistlərə edilən zorakılıqla bağlı şikayət veriləcək: “Jurnalistləri təhdid edərək bildiriblər ki, məhkəmədə hərəkətlərinə diqqət etməsələr, bundan daha ağır şeylər olacaq. Bəs Alyonanın müdafiəsinə qalxan yaltaq bloqerlər buna da reaksiya verəcəklərmi? Meydan TV əməkdaşları diplomatik korpusları və səfirlikləri təcili məhkəməyə çağırır!”
Basta

