Müsavat hakimiyyəti yanlış addımlardan çəkinməyə çağırdı

 

Fevralın 23-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Müsavat Məclisinin sədri Arif Hacılı və başqanın müavini Razim Əmiraslanlı Şəki-Zaqatala bölgəsinə səfər edərək yerli təşkilatların təmsilçiləri ilə görüşlər keçiriblər.

Divan üzvləru Gülağa AslanlıFərəc Kərimli Meydan TV işi üzrə keçirilən məhkəmə prosesi haqda məlumat veriblər. Bildirilib ki, məhkəmə prosesində təqsirləndirilən şəxslərin öz vəkillərinin yanında oturmasına imkan verilməyib, onlar şüşəli qəfəsdə havasız şəraitdə saxlanılıblar. Həbsdə olan qadın jurnalistlər saxlandıqları istintaq təcridxanasında təzyiqlə üzləşiblər. Müsavat Partiyası siyasi motivlərlə həbs olunan şəxslərin, xüsusən qadın jurnalistlərin həm məhkəmə prosesində, həm də saxlandıqları yerdə təzyiqlə üzləşməsini pisləyir, buna son qoyulmasını, bütün siyasi məhbusların azad edilməsini tələb edir.

Ölkədə suyun və kommunal xidmətlərin qiymətinin artırılacağı haqda yayılan məlumatlardan narahatlıq ifadə edilib. Dünya bankının son hesabatında göstərilib ki, Azərbaycanda əhalinin 10 faizi ümumi sərvətlərin 58 faizinə, əhalinin 50 faizi isə ümumi sərvətlərin yalnız 5 faizinə sahibdir. Divan iclaslnda qeyd edilib ki, ölkədə əhalinin əksər hissəsinin sosial vəziyyətinin ağır olduğu indiki şəraitdə hakimiyyət yanlış addımlar atmamalı, əksinə, maaşları, pensiya və müavinətləri artırmalıdır.

İclasda dünyada gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə edilib.