“Elçibəy: Milli oyanışdan istiqlal və demokratiyaya gedən yol” mövzusunda konfarns keçirildi

Bu gün Müsavat Partiyası və Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) təşkilatçılığı ilə video-konfrans rejimində “Elçibəy: Milli oyanışdan istiqlal və demokratiyaya gedən yol” mövzusunda toplantı keçirilib. Bu haqda Müsavat başqanı Arif Hacılı məlumat yayıb.

“Ölkənin tanınmış siyasi, ictimai, elm xadimlərinin qatıldığı toplantıda Elçibəyin siyasi və ideoloji fəaliyyəti, Rəsulzadə-Elçibəy irsinin qorunması, öyrənilməsi və təbliğ edilməsinin əhəmiyyəti baradə maraqlı müzakirələr oldu” – deyə, Arif Hacılı bildirib.

Sabah, avqustun 22-də Elçibəyin dünyasını dəyişməsindən 20 il ötür. Bununla əlaqədar saat 15:30-da Fəxri Xiyabanda Elçibəyin məzarı başında anım tədbirikeçiriləcək.

.

Basta