Avropa liderləri Ermənistanda toplaşdı

 

Təxminən 50-yə yaxın ölkənin lideri, o cümlədən Kanadanın baş naziri Mark Carney, Avropa Siyasi Birliyi sammitinin 8-ci iclası üçün Yerevana toplaşır.

Ermənistanın paytaxtında keçiriləcək sammit “Gələcəyi qururuq: Avropada birlik və sabitlik” şüarı altında baş tutur.

Ciddi geosiyasi sarsıntılar fonunda, Avropa İttifaqının 27 üzvü daxil olmaqla, demək olar 50 ölkənin lideri bazar ertəsi əsas siyasi məsələləri – o cümlədən ABŞ ilə İran arasında artan gərginliyi – üzbəüz müzakirə etmək üçün bir araya gələcək.

Bazar günü Yerevana artıq bir sıra liderlər gəlib:
Böyük Britaniyanın baş naziri Kir Starmer,
Ukrayna prezidenti Volodimir Zelenski,
Fransa prezidenti Emmanuel Makron,
Polşanın baş naziri Donald Tusk.

Sammitə Avropa Şurasının prezidenti António Koşta və Ermənistanın baş naziri Nikol Paşinyan birgə sədrlik edəcəklər.

Gözlənilir ki, Ukrayna prezidenti Volodimir Zelenski forum çərçivəsində bir neçə ölkənin nümayəndələri ilə ayrıca görüşlər keçirəcək.

Bu sammitdə ilk dəfə olaraq Avropa qitəsindən kənar bir ölkə də iştirak edir. Söhbət Kanadadan gedir və ölkəni baş nazir Mark Karni təmsil edir.

“Avropa və Kanada sadəcə oxşar baxışlara malik tərəfdaşlar deyil: biz birlikdə sülhün, ümumi rifahın və çoxtərəfli əməkdaşlıq prinsiplərinin qorunması üçün qlobal ittifaq qururuq”, – deyə António Koşta bildirib.