Müsavat Divanının gündəliyi
Noyabrın 2-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Təşkilati məsələlərə baxılıb, rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.
Siyasi məhbusların işi üzrə məhkəmə prosesləri barədə məlumat dinlənilib. AXCP sədri Əli Kərimlinin məhkəmə prosesinin açıq keçirilməsi barədə həmin partiyanın tələbinə dəstək ifadə edilib. Repressiyaların dayandırılması və bütün siyasi məhbusların sərbəst buraxılması bir daha tələb edilib.
Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı son gəlişmələr müzakirə olunub. Bu münasibətlərə üçüncü qüvvələrin mənfi təsiri ehtimalı ilə əlaqədar qeyd edilib ki, mövcud olan qərginliyin aradan qalxması üçün ilk növbədə hər iki ölkənin hakimiyyətləri məsuliyyətli və təmkinli addımlar atmalıdırlar.
Dünyada və regionda baş verən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.

