GündəmManşet

“Tofiq Yaqublu həbsxanada təzyiqlərlə üzləşib”

“Ayın 10-u ata ilə görüşəndə həbsxanada ona qarşı təzyiqlərin yenidən başladığını demişdi. Bu təzyiqlərin başlaması Sahib Rzayevin Penitensiar Xidmətə yeni rəis təyin edilməsindən sonra başlayıb. Mən görüş günü bunu ictimailəşdirmədim.
Düşündüm ki, səngiyər. Ancaq bu gün atanın evə zəng etməməsi bizdə ciddi narahatlıq, onun başına nəsə gəldiyi ehtimalını yaradır”. 

Bunu siyasi məhbus, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi özünün feysbuk səhifəsində yazıb. 

“Bu gün atanın zəng günüdür. Adətən zəng günlərində saat 10-11 arası evə zəng edərdi. Artıq həmin vaxtdan 2 saatdan çox keçməsinə baxmayaraq, ata hələ də evə zəng etməyib” -deyə, Nigar Həzi əlavə edib.

Nigar Həzi Tofiq Yaqubluya təzyiqləri həbsxanaya yeni rəisin təyin olunması ilə əlaqələndirib: “Sözsüz ki, Tofiq Yaqubluya qarşı təzyiqlərin sifarişi PA-dan gəlir. Görünən odur ki, PX-nin yeni rəisi Sahib Rzayev də yeni vəzifəsinin “haqq”ını layiqincə vermək, yuxarıdakıların gözünə girmək üçün Tofiq Yaqubıuya qarşı təzyiqlərin göstərilməsini tapşırıb. İndi biz necə Tofiq Yaqubluya, onun həyatına görə narahat olmayaq? Deməyin ki, həbsxanadadır, onun həyatına təhlükə ola bilməz. Biz nələr görmüşük. Artıq həbsxanada da hər şeyin ola biləcəyini düşünürük. Azadlıq Tofiq Yaqublunun, eynilə bütün siyasi məhbusların haqqıdır!”