Xankəndiyə komendant TƏYİN EDİLDİ
Oktyabrın 15-də Xankəndi şəhərinə komendant təyin edilib. Modern.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.
Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib. I.Əliyev həmçinin Azərbaycan bayrağını Ağdərə rayonunda, Sərsəng su ambarında Xocalı şəhərində və Əsgəran qəsəbəsində də qaldırıb.
Basta