Ermənilər Mingəçevir, Xızı və Abşerona raket atdı – Rəsmi

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın mülki əhaliyə və mülki infrastruktura endirdiyi raket zərbələrini açıqlayıb.

.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

.

“Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki infrastrukturuna qarşı raket zərbələri:

.

1. Gəncə: 4+ “Smerç” raketi klaster sursatı ilə. İkinci ən böyük şəhər.

2. Xızı və Abşeron regionu: İki ədəd 300 km məsafəli ortamənzilli raket.

3. Mingəçevir: İki raket. Su anbarı və elektrik stansiyası”, – deyə H.Hacıyev yazıb.

.

Mingəçevir şəhərinin hədəfə alınması ilə bağlı Baş prokurorluqdan bildirilib ki, atılmış üç raketdən ikisi partlamayıb. Partlamayan raketlərdən biri Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb.

Üçüncü raketin fərdi yaşayış evinə atılması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda, evə külli miqdarda ziyan dəyib.

Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Basta