Həbsdəki jurnalistlərdən Meydan TV rəhbərliyinə etiraz
Biz – Meydan TV-nin hǝbsdǝki ǝmǝkdaşları ictimaiyyǝtǝ sǝslǝnirik. 13 ildir Azǝrbaycan cǝmiyyǝtinin, hüquqları tapdanan kǝsimin sǝsi, avtoritarizmin sǝrt tǝnqidçisi olan Meydan TV hazırda pis idarǝçilik altındadır. Yaradıcı azadlığın qamçılandığı, işçilǝri psixoloji tǝzyiq altında saxlayan media bu gün dǝyǝrli ǝmǝkdaşlarını, TV-nin ǝsas işçi heyǝtini itirmǝklǝ üzlǝşib. Redaksiyada bu şǝrtlǝrǝ boyun ǝymǝyib baş qaldıran işçilǝr ard-arda istefa vermǝyǝ mǝcbur buraxılır. Əliyev iqtidarının cǝmiyyǝtǝ tǝtbiq etdiyi sistematik zülmü sǝnǝdlǝşdirǝn, bizǝ bu ǝvǝzolunmaz tǝcrübǝnin parçası olmağa imkan yaradan Meydan TV-nin başına gǝlǝnlǝr ürǝyimizi parçalayır.
Hǝr zaman hǝqiqǝtin yanında özünǝ yer seçǝn Meydan TV bu gün dǝ hǝqiqǝtǝ layiqdir. Ona görǝ dǝ biz meydançılar cǝmiyyǝtǝ qarşı açıq olub yaşananları paylaşmaq qǝrarına gǝldik. Menecer kimi işǝ başlayan Matt Kasper gedişatda özünü direktor vǝ tǝk söz sahibi elan edib. Bu şǝxs baş ofisi Berlindǝ yerlǝşǝn Meydan TV-ni qeyri-demokratik vǝ qeyri-şǝffaf formada idarǝ edir. Peşǝsi sorğulamaq olan, azad ruhlu, kimsǝnin diktǝsi ilǝ hǝrǝkǝt etmǝyǝn jurnalistlǝr üzǝrindǝ iyerarxiya qurub aldığı qǝrarları qeyri-şǝrtsiz qǝbul etdirmǝyǝ çalışır. Onun ǝn böyük dǝstǝkçisi, baş redaktor vǝzifǝsini müvǝqqǝti icra edǝn Sevda Sǝmǝdova işçilǝrǝ mobbing vǝ zorbalıq edir. Yaradıcı mühiti onlar üçün dözülmǝz hala gǝtirir. S. Sǝmǝdova “işçi haqları tanımıram” deyǝ bǝyan edǝrǝk daxili strukturun demokratiyanın ǝsas sütunu olan seçki yolu ilǝ formalaşmasını qǝbul etmir.
Pis idarǝçilik hǝbsdǝki ǝmǝkdaşlara münasibǝtdǝ dǝ özünü göstǝrir. Hǝbsdǝ olduğumuz 23 ay ǝrzindǝ müdafiǝ kampaniyamız qurulmadı, rǝhbǝrliyǝ ünvanladığımız suallar cavabsız qaldı, hesabatlılıq tǝmin olunmadı, media idarǝçilǝrinin heç vaxt ciddi dǝstǝyini hiss etmǝdik. Bir gecǝnin içindǝ hǝbs olunub 4 divar arasında qalan bütün Bakı komandasına “ölü” münasibǝti göstǝrdilǝr. Hǝbsxanadan yazdığımız mǝqalǝlǝrin dǝrci süni şǝkildǝ gecikdirildi, mǝhkǝmǝmiz ǝhatǝli formada işıqlandırılmadı. Bunlara etiraz edǝrkǝn “nǝyi, necǝ, nǝ vaxt etmǝk lazım olduğunu biz bilirik” cavabını aldıq.
Diktaturanın dili dǝyişmir… Taxt davalarının fonunda peşǝkar jurnalistika geri plana atılır. “Hǝr kǝsin meydanı, alternativ media olacağıq” şüarları ilǝ yaradılan TV sǝhifǝlǝri mǝhdud mövzular vǝ Azǝrbaycan cǝmiyyǝtinǝ xitab etmǝyǝn xarici kontentlǝ doldurulur. Biz bu cür fǝaliyyǝt göstǝrǝn kanalımızın hazırkı rǝhbǝrliyini qǝbul etmirik. Meydan TV-dǝ demokratik mühit bǝrqǝrar olana, adı çǝkilǝn şǝxslǝr vǝzifǝdǝn uzaqlaşdırılana qǝdǝr onların yanında duruş gǝtirmǝdiyimizi bǝyan edirik.
Kimsǝ unutmasın ki, Meydan TV-nin patenti Azǝrbaycan xalqına mǝxsusdur. Yoxluğumuzu fürsǝt bilib mediamızı ǝlǝ keçirǝn, Azǝrbaycan hökumǝtitǝk kürsüyǝ yapışan idarǝçilǝr bilsin ki, Meydan TV azad jurnalistlǝrin ixtiyarına geri verilǝcǝk.
Bǝyanatımızı müstǝqil mediaların işıqlandırmasını vǝ ictimaiyyǝtin dǝstǝyini gözlǝyirik. Gǝlin onlara göstǝrǝk ki, bura sizin Meydanınız deyil.
#BuraSizinMeydanınızDeyil
Aytac Tapdıq
Xəyalə Ağayeva
Aysel Ümüdova
Yazı Əfqan Muxtarlının feysbuk səhifəsindən götürülüb. O, yazıya öz şərhini əlavə edib:
“Uzun müddətdir ki, Meydan.tv-də gərginlik var. İllərini Meydana verən Orxan Məmməd istefa verib. Həyatları real təhlükə qarşısında Almaniyaya gətirilən iki əməkdaş işdən kənarlaşdırılıb. Həbsdə olan həmkarlarım mənə məktub göndərək Meydanla bağlı bəyanatlarını yaymağımı istəyib. Mən bəyanatı tək ona görə yaymıram ki, müəlliflər həbsdədir. Həm də ona görə yayıram ki, haqlıdırlar. Berlində isti evində oturub Meydana “rəhbərlik” edən heç kəsin, özünü və ailəsini təhlükəyə atan jurnalistlərə qarşı ağalıq etməsinə haqları yoxdur. Bəyanatı olduğu kimi təqdim edirəm.
Meydan.tv mənim üçün doğma kanaldır. Yaradılmasında birbaşa iştirak etmişəm. Bakı ofisini yaradan və ilk rəhbəri olmuşam. Meydanda dərc edilən ilk araşdırmalar da mənə məxsus olub. Həbs edilməyimdə də Meydanla əməkdaşlığım, xüsusən Tiflis dönəmində meydançılara dəstək verməyim xüsusi rol oynayıb. Mən hazırda Meydanın rəhbərliyində olan istənilən şəxsdən daha çox Meydan üçün fədakarlıq etmişəm. Meydana, Azərbaycana bir başa aidiyyatı olmayan, Meydana yaxşı maaş yeri kimi baxan, hec bir mənəvi məsuliyyət daşımayan adamlar fədakar jurnalistlərimizn haqqını yeməməlidir. Meydan kiminsə kopperativi deyil. İctimai ehtiyaclardan yaranan kollektiv media qrumudur. Biz Meydanda özümüzün, ailə üzvülərimizn, doğmalarımızın həyatını riskə qoyaraq işləmişik. 12 nəfər jurnalist Meydan işinə görə həbsdədir. Və 12 ailə bu jurnalistlərin yaxınları təqib altındadır. Meydan rəhbərliyi bilməlidir ki, bu özbaşnalıq “daxili işimizdir” deyə ört basdır edilməsinə imkan verilməyəcək”.

