ATƏT-in Minsk qrupu zorakılığı pisləyir
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər naziri Jan‑İv Le Drian və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Maykl R. Pompeo Dağlıq Qarabağ münaqişə zonasında və onun hüdudlarından kənarda zorakılığın görünməmiş və təhlükəli eskalasiyasını ən qəti şəkildə pisləyir. Bu barədə oktyabrın 5-də RF XİN-in saytında dərc edilmiş bəyanatda deyilir.
.
Nazirlər qeyd-şərtsiz vurğulayırlar ki, bu yaxınlarda həm təmas xətti boyunca, həm də Dağlıq Qarabağ münaqişə zonasından kənarda Azərbaycan və Ermənistan ərazilərində hədəf olaraq mülki obyektlərin nəzərdə tutulduğu hücumlar, həmçinin belə hücumların uyğunsuzluğu regionda sabitlik üçün qəbuledilməz təhlükədir.
.