Müsavat Divanının iclası keçirilib

Oktyabrın 12-də Müsavat Divanının növbəti iclası keçirilib. İclasda öncə qeyd edilib ki, Divan üzvü Fərəc Kərimli könüllü olaraq ön cəbhəyə yollandığı üçün toplantıda iştirak etmir. Cəbhə bölgəsində olan digər müsavatçılar haqqında məlumat verilib.

.

Daha sonra cəbhə xəttindəki son durum barədə məlumatlar dinlənilib. Müsavat Partiyasının Milli Ordumuzun yanında olduğu bir daha vurğulanıb. Toplantıda Rusiya Paytaxtı Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərli arasında aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın işğal olunmuş əraziləri mövzusunda aparılan danışıqlarda Türkiyənin iştirak etməsi istiqamətində səylərin artırılmasının vacibliyi qeyd edilib.

.

.

Divan Azərbaycanda koronavirusa yoluxanların sayının artmasına görə narahatlığını ifadə edib, bunun qarşısını almaq üçün hər kəsin maska rejiminə və sosial məsafə qaydalarına əməl etməsinin zəruriliyini vurğulayıb.

.

Sonda cari məsələlər müzakirə olunub.