Rusiyada erməni həkim Gəncədəki qətliamı təqdir etdiyinə görə həmkarlarının qəzəbinə gəldi

Rusiyanın Sankt-Peterburq şəhərində erməni əsilli həkim Yekaterina Muşeqovna Marqaryan Gəncə şəhərinin bombardman olunmasını və dinc sakinlərin ölməsini təqdir edən şərhlər yazıb paylaşdığına görə həmkarlarının qəzəbinə gəlib.

.

Bir qrup həkim Sankt-Peterburq Dövlət Pediatriya Universitetinə müraciət edərək, Y.Marqaryanın həkim adına yaraşmayan mövqeyinə görə işdən çıxarılmasını tələb ediblər. SPDPU-nun mətbuat xidməti şikayətçilərə verdiyi cavabda, onlarla həmrəy olduğunu, həkim adına ləkə olan Y.Marqaryan kimilərə bu Universitetdə yer olmadığını bildirib.

.

Qeyd edək ki Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində azı 10 nəfər dinc sakin həlak olub, aralarında azyaşlı uşaqlar da olmaqla 30-dan çox insan yaralanıb.

.

Basta

.