Naxçıvanın Türkiyə ilə quru sərhədi açıldı

Fevralın 1-də Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında quru sərhədi açılıb.

Eyni zamanda, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Sədərək gömrük-keçid məntəqəsindən yalnız Naxçıvan şəhər sakinlərinin şəxsi avtomobilləri ilə sərhədi keçməsinə icazə verilir. Sərnişin avtobuslarının keçidinə qadağa qalır.

Xatırladaq ki, sərhədin bu hissəsi 2022-ci il iyulun 1-dən bağlıdır.

Azərbaycan 2020-ci ilin martında Covid-19 pandemiyası ilə bağlı məhdudiyyətlər çərçivəsində ölkə sərhədlərini gediş-gəlişə bağlayıb.

Basta