Məsut Özildən Azərbaycana dəstək – FOTO

Futbol üzrə Almaniya milli komandasının türk əsilli futbolçusu Məsut Özil özünün “Twitter” səhifəsində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlara dəstəyini ifadə edib.

32 yaşlı yarımmüdafiəçi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” sözlərini yazıb.

Qeyd edək ki, M. Özilin “Twitter” səhifəsində 25 milyondan artıq izləyicisi var.

https://platform.twitter.com/embed/index.html?

oxu.az