Türkiyə danışıqlar masasında olarsa…

Anar Məmmədli

.

Bu gün İsveçli həmkarı ilə brifiqində Türkiyə xarici işlər naziri Qarabağ münaqişəsi ilə bağlı ATƏT Minsk Qrupunun 9+2 formatında toplantı keçirməsini zəruri sayıb. Onun fikrincə, həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Xatırladım ki, ATƏT Minsk Qrupu 9 üzv ölkədən ibarətdir – ABŞ, Fransa və Rusiya həmsədrlər, İsveç, Almaniya, Türkiyə, Finlandiya, Belarus və İtaliya isə üzvlərdir.


Gələn ildən İsveçin ATƏT-də sədrlik dönəmi başladığı üçün yuxarıdakı açıqlama maraq doğurur. Məlumdur ki, Türkiyə Minsk qrupu çərçivəsində müzakirələrə qoşulmaq istəyir və Azərbaycan da bunu dəstəkləyir. Bunun bir sıra səbəbləri var:

1) Azərbaycanda oturuşmuş ictimai rəyə görə Rusiya münaqişənin nə hərb, nə də sülh yolu ilə həllində maraqlıdır. Çünki münaqişə olmasa bölgədə mövcudluğu zəifləyəcək. Fransa isə Ermənistanın tərəfdaşı kimi tanınır. ABŞ-ın Minsk qrupunda fəallığı isə son illər xeyli azalıb. Xüsusən də 2016-ci ildə Tramp adminstrasiyası dönəmində Rusiya bölgədə ciddi müqavimətlə üzləşmir.


2) Son hərbi toqquşmalarda Türkiyənin açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləməsi Fransa başda olmaqla bəzi Avropa ölkələrinin tənqidlərinə məruz qaldı. Hazırda Türkiyənin yeni sülh müzakirələrinə cəlb olunması ilə bağlı Fransa və Rusiyanın passiv müqaviməti də var.

Ancaq Türkiyənin bundan sonra sülh müzakirələrində təmsil olunması həm münaqişənin həlli, həm də ATƏT-in Minsk qrupunun vasitəçi rolunun artması iki səbəbdən əhəmiyyəlidir:

1) Belə bir siyasi mühitdə Azərbaycan üçün Trükiyənin Minsk qrupu çərçivəsində müzakirələ cəlb olunması bu formata etimadın yaranmaıs üçün vacibdir.


2) Türkiyənin Minsk qrupunda fəallığının artması bu dövlətlə Ermənsitan arasında diplomatik münasibətlərinin istiləşməsinə kömək edə, atəşkəs prosesisinin dayanıqlılığını artıra bilər.