Ermənistanda koronavirusa yoluxma rekordu yeniləndi – plyus 1694
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi bildirir ki, son bir sutka ərzində bu ölkədə 1694 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. Bu, Ermənistan üçün rekord göstəricidir.
Beləliklə, oktyabrın 18-də ölkədə yoluxanların ümumi sayı 64694-ə çatıb, onlardan 15 193-ü aktiv xəstədir.
Gün ərzində 179 xəstə sağalıb.
Koronavirusun təsirlərindən son bir gündə 14 nəfər ölüb. COVİD-19 diaqnozu qoyulan daha 2 nəfər isə başqa xəstəliklərin ağırlaşması nəticəsində vəfat edib.
Pandemiya başlayandan bəri ümumilikdə 1081 nəfər koronavirusdan, bu infeksiyaya yoluxmuş daha 316 nəfər isə digər xəstəliklərdən ölüb.
Basta