Azərbaycan öz ərazilərində ölən erməni hərbçilərinin axtarışını “dayandırıb”

Azərbaycan öz ərazilərində 44 günlük müharibədə ölən erməni hərbçilərinin meytlərinin axtarışını “dayandırıb”

 

Azərbaycanın nəzarətində olan ərazilərdə 15 fevraldan bəri heç bir axtarış əməliyyatı aparılmayıb.

 

Ermənistan mediasının yaydığı məlumata görə, Azərbaycan tərəfi heç bir açıqlama vermədən axtarış işlərinin aparılmasına razılıq verməyib.

 

Məlumata görə, atəşkəsdən bəri axtarışın uzun müddətdir dayandırılması ilk dəfədir baş verir.

 

Azərbaycan Müdafiə Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası axtarış işlərinin dayandırılması barədə iddiaları şərh etməyib.

 

10 noyabr 2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə bitdikdən sonra tərəflər müharibə bölgələrində axtarışlar apardılar. Axtarışlar nəticəsində hər iki tərəfdən yüzlərlə əsgərin meyti tapılaraq ölkələrinə qaytarılıb.

 

BBC