Azərbaycanda daha 647 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Azərbaycanda koronavirusa (COVID-19) 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, üç nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 4301 nəfərdir.
Ölkədə son sutka ərzində 9089, hazırkı dövrədək isə 1228024 test aparılıb.