Köçəryan Moskvaya gedə bilmədi. Keçmiş prezidentə koronavirus dianozu qoyuldu

Ermənistanın keçmiş prezidenti Robert Köçəryana koronavirus diaqnozu qoyulub. Bu səbəbdən o,  Moskvaya gedə bilməyəcək.

 

Ermənistan mətbuatının məlumatına görə, o,  Moskvaya səfəri çərmivəsində  Qarabağ məsələsini müzakirə etmək üçün Rusiya elitası ilə görüşməli, Ermənistana hərbi yardım istəməli idi.

 

Bu ərəfədə onun ölkədən çıxışına qoyulan qadağa da məhkəmə qərarı ilə ləğv edilib.

 

Lakin Robert Köçəryan Moskvaya yola düşmək  üçün məcburi olan koronavirus testini keçib. Ancaq testin nəticəsi müsbət olduğu üçün, planlaşdırılan səfəri reallaşdıra bilməyib. Qeyd edilir ki, sabiq prezidentdə infeksiyanın hər hansı bir simptomu müşahidə edilmir və o, özünün yaxşı hiss edir.

 

Analitiklərin fikrincə,  Ermənistanın baş naziri Nikol Paşinyan indiki mərhələdə, əsas siyasi alternativi olan şəxsin Rusiya rəsmiləri ilə birbaşa təmaslar qurmasında maraqlı deyil. Bu səbəbdən Köçəryana koronavirus dianozu qoyulmasının siyasi motivli olduğu istisna edilmir.

 

Basta