Zelenski ön cəbhəyə baş çəkdi

İyunun 5-də prezident Vladimir Zelenski Ukrayna ordusunun Zaporojye, Donetsk və Luqansk vilayətlərindəki ön mövqelərinə baş çəkib.

By  haqda Ukrayna prezidentin saytı məlumat yayıb.

Zelenski əvvəlcə Zaporojye vilayətində müdafiənin ön cəbhəsində əməliyyat şəraiti ilə tanış olub. O, hərbçilərlə söhbət edib, onlara dövlət mükafatları və hədiyyələr təqdim edib.

Daha sonra Zelenski Donetsk vilayətindəki Baxmut və Luqansk vilayətinin Lisiçansk bölgəsindəki Ukrayna qoşunlarının komanda məntəqələrinə və  mövqelərinə baş çəkib.

 

 

Basta