Ermənistanda səfərbər olunan şəxslər üçün müsbət COVID-19 testləri təkrar yoxlanılacaq
Ermənitanda koronavirusdan ölənlərin sayına görə yeni bir anti-rekord qeydə alınıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, son bir gündə virusun təsiqindən 41 nəfər ölüb. COVİD-19 diaqnozu qoyulan daha 9 nəfər isə başqa xəstəliklərdən vəfat edib.
Koronavirusdan ölənlərin ümumi sayı 1341-ə çatıb, daha 367 nəfər isə bu diaqnozla başqa xəstəlikdən ölüb.
Qeyd edək ki, Ermənistanda son bir gündə 2381 nəfərdə virus aşkar edilib, infeksiyası hallarının ümumi sayı 89 813-ə yüksəlib. Hazırda 32 788 nəfər müalicə olunur.
Bu arada Ermənistanda çağırış yaşında olan bəzi şəxslərin səfərbərlikdən yayınmaq və Azərbaycana qarşı müharibəyə getməmək üçün koronavirusa yoluxduqları haqda saxta test nəticəsi əldə etdikləri ortaya çıxıb.
Ermənistanın səhiyyə nazirinin müavini Artyom Smbatyan özünün Facebook səhifəsində bildirib ki, səfərbər olunmuş vətəndaşlar üçün müsbət koronavirus testləri təkrar yoxlanılacaq.
O, koronavirus üçün nümunə götürən və laboratoriya müayinəsi aparan tibb müəssisələrini qanunsuzluqlardan çəkinməyə çağırıb.
“Səfərbərlik yaşında olan şəxsdə koronavirus diaqnozu olması halında, həm nümunənin uyğunluğu, həm də cavabın həqiqiliyi yoxlanılacaq” – deyə, Smbatyan bildirib.
Bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi, səfərbərliyə alınan vətəndaşın atasının tibb mərkəzlərindən birinə müraciət etdiyini və laboratoriya işçilərini oğlunun koronavirus virusuna yoluxduğu barədə yalan bir nəticə çıxarmaq üçün rüşvət verdiyini bildirmişdi. Həmin faktla bağlı cinayət işi başlanıb, səfərbərliyə alınan bir vətəndaş və tibb mərkəzinin işçiləri saxlanılıb.
Basta