Oqtay Gülalıyev koronavirusdan sağaldı

Düşdüyü avtomobil qəzasından sonra koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən götürülən təkrar COVİD-19 testi neqativ çıxıb. Bu haqda onun oğlu Təbriz Gülalıyev məlumat yayıb.
“Atamın 6 gün davam edən Covid virusu ilə bağlı müalicəsindən sonra, bu gün, növbəti analiz cavabları “neqativ” çıxdı. Sabah, günün ikinci yarısında xəstəxanadan çıxarılaraq, müalicəsi ev şəraitində davam edəcək” – deyə Təbriz Gülalıyev özünün feysbuk səhifəsində yazıb.
Xatırladaq ki, noyabrın 16-da O.Gülalıyevin səhhətində geriləmə baş verib: qızdırması qalxıb, nəfəs darlığı yaranıb. Ondan götürülən koronavirus testinin nəticəsi pozitiv çıxdığı üçün, o, “Yeni Klinik”ə yerləşdirilib.

 

Basta