Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 3942 yeni yoluxma
Azərbaycanda koronavirusa (COVID-19) 3942 yeni yoluxma faktı qeydə alınıb.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
O bildirib ki, 2561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 37 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 48412 nəfərdir.