Ermənistan sərhədi keçən azərbaycanlının saxlanılması barədə məlumat yayıb
Dekabrın 10-na keçən gecə Ermənistanın Tavuş rayonunun sərhəddə yerləşən Berdavan kədində azərbaycanlı saxlanılıb. Yerli sakinlərin sözlərinə görə, o, səhər tezdən kənd çörəkxanası yaxınlığında görülüb. Saxlanılan şəxs Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Öz növbəsində, DTX sərhədi qanunsuz keçmə faktı ilə bağlı cinayət işi açıldığını bildirib. Saxlanılan şəxsin adı hələlik açıqlanmır.
“Biz şəxsin Ermənistanın dövlət sərhədini keçməsi barədə operativ məlumat aldıq. Axtarış işləri zamanı o tapılıb və saxlanılıb. Cİnayət işi açılıb, o, şübhəli şəxs statusundadır”, deyə Sputnik Armenia MTX nümayəndəsindən sitat gətirir.
Azərbaycan tərəfi hələlik bu faktla bağlı şərh verməyib. Qeyd edək ki, Berdavan kəndi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndi ilə həmsərhəddir.
Turan