Qızıl amnistiya təklifi irəli sürüldü
Minlərlə məhbus və məhbus ailəsi uzun illərdir ki, qızıl amnistiya arzusu ilə yaşayır.
Vətən Müharibəsi günlərində xalqın orduya və dövlətə verdiyi misilsiz dəstəyə ən layiqli cavab Dünya Azərbaycanlıların Həmrəylik Günündə böyük amnistiya qanununun qəbul edilməsi olardı.
Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“Bu, həm də ortaya çıxan yeni problemlərlə bağlı həmrəylik mühitinin davam etməsi üçün zəruridir” – deyə, Arif Hacılı əlavə edib.
Təklifə vətəndaş cəmiyyəti nümayəndələrindən də dəstək gəlib. İctimai fəal və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev əsl həmrəylik bayramı yaşanması üçün amnistiyanı zəruri sayıb.
“Müsavat başqanı Arif Hacılı bəyin bu təklifini dəstəkləyirəm. Başda saxta ittihamlarla həbsə atılmış müxaliflər, xüsusilə də 14 iyul Qarabağ yürüşünə görə həbs edilmiş cəbhəçilər və digər vətəndaşlar, hansısa məmurun sifarişi ilə ömürlük həbsdə yatanlar (məsələn, Şəmsi Səmədzadə və digərləri), xırda pozuntulara görə həbs edilmiş şəxslər Həmrəylik Günü ərəfəsində azad edilməli və əsl həmrəylik bayramı yaşanmalıdır”- deyə, Bəxtiyar Hacıyev özünün feysbuk səhifəsində yazıb.
Basta