Paşinyanın atası vəfat edib

Ermənistan baş naziri Nikol Paşinyanın atası Vova Nikoloviç Paşinyan dünyasını dəyişib. Sputnik Ermənistana bu barədə Nairi tibb mərkəzindəki mənbə məlumat verib.

 

Məlumata görə, o, bir neçə ildir xərçəngdən əziyyət çəkirmiş. Ölümündən əvvəl bir həftədən çox xəstəxanada olub.

 

Qeyd edək ki, Vova Paşinyan iki dəfə evlənib. İlk evliliyində üç oğlu olub – Artak, Armen və Nikol. Gələcək baş nazir 12 yaşında olanda anası xəstəlikdən ölüb. Vova Paşinyan ikinci dəfə Yerjanik Çibuxçyanla evlənib.

 

O, İcevanın Blbulyan bölgəsində yaşayıb, uzun illər yerli məktəblərdən birində bədən tərbiyəsi müəllimi işləyib.

 

Basta