Azərbaycan və Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri görüşdü

Dekabrın 28-də Moskvada Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyanın görüşü olub. Görüş Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun təşəbbüsü ilə təşkil edilib.

Rusiya mənbələrinin məlumatına görə, üçtərəfli görüşün mövzusu əsirlərin mübadiləsi və itkin düşənlərin axtarışı məsələləri olub. Görüşün yekunlarına dair müxtəlif istiqamətlər üzrə razılaşmalar əldə olunub.

 

Hələlik Azərbaycan tərəfi bu məlumatı şərh etməyib.

 

Turan