Dekabrın 18-də ermənilər Zəngilanın işğal altında qalan kəndlərini qaytarmalıdır

18 dekabr saat 17-yə qədər ermənilər Qafan şəhəri ilə bitişik Zəngilan rayonunun işğal altında qalan hissəsini Azərbaycana qaytarmalıdır. Turan xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinə Qafan meri Qevorq Parsyan bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi müvafiq sərəncamı verib. O, həmçinin Qafanda Rusiya sülhməramlılarının yerləşdirildiyini bildirib. “Məndə olan məlumata görə, onların əsas missiyası yolların təhlükəsizliyini təmin etməkdən ibarət olacaq”, deyə mer bildirib.

 

Xatırladaq ki, 90-cı illərin əvvəllərində Ermənistan SQ Qafan tərəfdən hücum edib və Zəngilanın Ermənistanın Qafan rayonuna və bilavasitə Qafan şəhərinə bitişik 8 kəndini işğal edib. Bu kəndlər Qafan və şəhər aeroportu üzərindəki dağlıq yaylağı əhatə edir, bu da Ermənistanda panikaya səbəb olur.