Ermənistan hansı əsasla silahlı vətəndaşlarını Qarabağa göndərir?

Bu gün Ermənistan SQ-nin Baş Qərargah rəisi Onik Qasparyan Ermənistanın Şirak bölgəsinin dünən Qarabağda əsir düşmüş 73 sakininin aqibətini öyrənmək üçün Qarabağa yola düşüb.

 

Ermənistan tərəfi vətəndaşlarının əsir düşməsini 10 noyabr tarixli razılaşmaların pozulması kimi qiymətləndirib və Azərbaycanı ittiham edib. Öz növbəsində, əsir düşən Şiraklıların qohumları Ermənistan hakimiyyətini hərbi qulluqçuları Qarabağa göndərməkdə və onları taleyin ümidinə buraxmaqda ittiham ediblər. 10 noyabr tarixli üçtərəfli sazişə istinad etsək, Ermənistan SQ dekabrın 1-nə qədər Dağlıq Qarabağ da daxil olmaqla, bütün işğal edilmiş ərazilərdən çıxarılmalı idi.

 

Amma əsir düşən Şiraklıların ailə üzvləri ədalətli olaraq övladlarının üç gün əvvəl Qarabağa göndərilməsinə qəzəblənirlər. Beləliklə, Ermənistan hakimiyyəti özünün istinad etdiyi sazişi qəsdən və kobud şəkildə pozub.

 

Dekabrın 1-dən sonra əsir düşənlərin 10 noyabr tarixli sazişin təsiri altına düşmədiyini nəzərə alsaq, “hamının hamı ilə” dəyişdirilməsi prinsipi onlara şamil olunmamalıdır və bu əsirlər hərbi dövrə aid ən ciddi məsuliyyət daşımalıdır.

 

Turan