Azərbaycana 2, Ermənistana 4 hərbi əsir qaytarılıb

Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi baş verib və əsirlikdə olan dörd erməni Yerevana, iki azərbaycanlı isə Bakıya gətirilib.

 

Bu barədə Rusiyanın Tass agentliyi bazar ertəsi jurnalistlərə açıqlama verən Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradova istinadən məlumat verib.

 

Rüstəm Muradov bu mübadilənin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatını həyata keçirmək üçün baş tutduğunu və “Rusiya sülhməramlılarının üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməyə davam edəcəyini” qeyd edib. Bazar ertəsi Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan “dörd erməni məhbusun Rusiya və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə vətənlərinə döndüyünü” açıqlayıb. Dekabrın 15-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycandan Ermənistana 44 hərbi əsir qaytarılıb. Elə həmin gün əsir götürülmüş 12 azərbaycanlı Azərbaycana qaytarılıb.

 

BBC