Müsavat Divanının iclası keçirilib
Dekabrın 28-də Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, video-konfrans formatında keçirilən iclasda əvəlcə dekabrın 27-də Xocavənd rayonu ərazisində erməniərin həyata keçirdiyi terror aktı və Yuxarı Qarabağda son vəziyyət müzakirə olunub. Dekabrın 27-də şəhid olan əsgər Elmir Qəmbərovun Müsavat Partiyasının Beyləqan rayon təşkilatının fəalı Rail Qəmbərovun oğlu olduğu barədə məlumat verilib, onun və bütün şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edilib.
İclasda qeyd edilib ki, sülhməramlı adı altında Qarabağa gətirilmiş Rusiya hərbçilərinin burada separatçı rejimin himayəçisi kimi çıxış etməsi, RF və qondarma “DQR”-in bayraqlarının qoşa dalğalanması, törətdiyi hərbi cinayətlərə görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi qaldırılaraq axatarışa verilmiş Araik Arutunyanın sülhməramlı qüvvələrin rəhbərlyi tərəfindən rəsmi şəxs kimi qəbul edilməsi Azərbaycan qanunlarına ziddir və yolverilməzdir.
Müsavat Partiyası hərbi münaqişənin aktiv fazası artıq başa çatdığı üçün Yuxarı Qarabağda vaxtaşırı olaraq Azərbaycan hərbi mövqelərinə hücum edən erməni yaraqlıları ələ keçdikdə, onlarla hərbi əsir kimi yox, cinayət törətmiş terrorçu kimi davranılmasını, düşmən tərəfinə tihəhvil verilmək əvəzə, həbs edilərək istintaqa cəlb olunmalarını tələb edir.
Divanın toplantısında Müsavat Partiyasının 2021-ci il üçün fəaliyyət planı qəbul edilib, sənədin yaxın günlərdə ictimaiyyətə açıqlanması qərara alınıb.
İclasda təşkilati məsələlərə baxılıb, Sədrlər Şurasının video-konfrans rejimində genişləndirilmiş iclasının keçirilməsi qərara alınıb.
Sonda cari məsələlər müzakirə edilib.
Basta