Azərbaycanın apokalipsisi başlayır

Altay Göyüşov

.

Demişdim ki, bu seçki bəlkə də axırıncı şansdır, nəhayət ağıllanmasanız müsibətlərlə üz-üzə qalacaqsınız. Koronavirus, prosesi sürətləndirdi. Artıq fəlakətlər qapını döyür. Qiyamət əlamətidir sanki: Xəzər Kürə axır.

Biganəlik, bisavadlıq, şəxsi rifahını icmanın ümumi rifahının artması kontekstində görə biıməmək, biabırçı eqoistlik bu cəmiyyəti məhvə sürükləyir.

Hökumətin vəziyyəti ağırdır. Bu ağır vəziyyətdə ayaq üstə dura bilməsi üçün yeganə mənbəyi var, o da xalqı soymaq.
İnflyasiya, qiymətlər, müxtəlif adlar altında toplanan haqlar, cərimələr, vergilər, rüsumlar, qeyri-qanuni yığımlar, polisin, gömrüyün, verginin rüşvətləri artacaq, Asanda rüsumlar qaldırılacaq. Maaşlarınızda tutulmalar, gecikmələr olacaq, banklarda pullarınız daha çox batacaq. Suyunuzun, elektrikinizin, qazınızın verilməsində problemlər çoxalacaq.

İmtiyazları unudun. Sözsüz ki, bu ağır dönəmində hökumət elədiyi pislikləri ört-basdır etmək üçün ifrat “inkişaf, uğur, islahat”, Kitaydan məktublar, Amerikadan təriflər təbıliğatını artıq çatdığı absurd səviyyəsindən də yuxarı qaldıracaq. Yəni hökumət yardım etdi, endirim etdi, islahat etdi, filan etdi hay-küyü artacaq. Amma yardım da, artım da uzaqbaşı kağızda olacaq. Uzağı fərman, sərəncam, qərar olacaq, amma elə edəcəklər ki, ala bilməyəcəksiniz. İslahat zad isə heç vaxt olmayacaq.

Hökumətin həqiqətlə mübarizəsində suyu bulandırmaq işi daha da intensivləşəcək. Bu sistemə son qoymaq məqsədilə açıq həqiqəti deyənləri gözdən salmaq, inamsızlıq yaratmaq, susdurmaq, almaq istiqamətində təxribatlar daha da artacaq. Əvəzində hökumət özünün əli altında işlətdiklərini, dəfələrlə yararlandığı əskiləri sizə həqiqəti deyən, müxalif, mübariz, qəhrəman kimi soxuşdurmağa çalışacaq. Bu zaman səmimi adamların da əbləhliyindən, tupoyluğundan geninə-boluna istifadə edəcək.

Bir sözlə, Azərbaycanın apokalipsisi yaxınlaşır.

.

Yazı Altay Göyüşovun feysbuk səhifəsindən götürülüb.

Basta