Rusiya gəmisi Türkiyə sahillərində batdı. Ən azı iki ekipaj üzvü öldü
Rusiya bayrağı altında üzən quru yük gəmisi, Qara dənizin Türkiyə sahillərində batdı.
Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, quru yük gəmisinin heyəti – təxminən 15 nəfər olub. Bartın vilayətinin valisi Sinan Güner, ölən və yaralananlar haqqında hələ tam məlumat olmadığını söyləyib.
Bartın vilayət valisinin sözlərinə görə, heyət üzvlərini xilas etmək üçün tədbirlər görülür. Qəza bölgəsindəki pis hava şəraiti xilasetmə işlərini çətinləşdirir.
Basta